Modern.az

ABŞ İrana hücuma BAŞLAYIB

ABŞ İrana hücuma BAŞLAYIB

Dünya

Bu gün, 01:59

ABŞ İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücumlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb.

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranın beynəlxalq sularda hərəkət edən və mülki şəxslərin olduğu üç kommersiya gəmisinə atəş açması və hücum etməsindən sonra İran ərazisinə qarşı silsilə güclü zərbələr endirilməyə başlanılıb.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, bu əməliyyatlar İranın kommersiya gəmiçiliyinə qarşı hücumlarına yüksək bədəl ödətmək məqsədi daşıyır.

ABŞ hərbi komandanlığı vurğulayıb ki, İranın Hörmüz boğazında nümayiş etdirdiyi aqressiya heç bir təxribat olmadan baş verib, beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təhdid edib və atəşkəs rejiminin açıq şəkildə pozulması hesab olunur. ABŞ zərbələrinin məhz bu hücumlara cavab olaraq həyata keçirildiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV