Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin ölkə üçün gözlənilən nəticələri vermədiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 6-da başlayan səfər çərçivəsində Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak edən Paşinyan Ermənistana narazı qayıdıb.
Qəzetin yazdığına görə, tərəflər əsas məsələlərin heç biri üzrə praktik razılıq əldə edə bilməyiblər. Xüsusilə, Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı irəliləyiş olmayıb.
Mənbələrin iddiasına əsasən, təbii qazın qiyməti ilə bağlı da razılıq əldə olunmayıb. Energetika sahəsində isə qeyri-müəyyənlik davam edir.