NATO-nun baş katibi Mark Rütte Ankarada keçirilən sammitin ikinci günündə Rusiyanı NATO üçün uzunmüddətli təhlükə adlandırıb.
Modern.az xəbər verir ki, Rütte çıxışı zamanı NATO üzvlərinin bu mövqeyi kollektiv şəkildə təsdiqləyəcəyini gözlədiyini bildirib.
"Bu gün Rusiyanı NATO ərazisi üçün uzunmüddətli təhlükə kimi kollektiv şəkildə tanıyacağımızı gözləyirəm", - deyə baş katib vurğulayıb.
Rütte NATO-nun güclü qalmasının vacibliyini qeyd edərək, Rusiyaya ünvanlanan mesajı da açıqlayıb.
"Bizim mesajımız budur ki, Avropa, Kanada və ABŞ-da yaşayan 1 milyard insanın təmsil olunduğu bir Alyansıq. NATO öz ərazisinin hər qarışını müdafiə edəcək. Siz NATO-ya qalib gələ bilməzsiniz. Biz heç kimə hücum etmirik. Biz yalnız həyatımızı, demokratiyamızı və ərazimizi müdafiə edəcəyik. Bizimlə oyun oynamayın", - deyə o bildirib.
Qeyd edək ki, Kreml bundan əvvəl dəfələrlə Rusiyanın NATO-ya hücum etmək niyyətində olmadığını bəyan edib.