Modern.az

İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq

İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq

Dünya

Bu gün, 13:30

İran Ermənistanla strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasında qətiyyətlidir.

Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, İran və Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması hər iki tərəfin qəti siyasi iradəsinə əsaslanır və bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunub:

“Ermənistan-İran strateji tərəfdaşlıq sənədinin imzalanması və münasibətlərimizin institusionallaşdırılması istiqamətində istəyimiz və iradəmiz olduqca ciddidir. Bu barədə müxtəlif səviyyələrdə müzakirələr aparılıb və birmənalı bəyanatlar səsləndirilib”.

Onun sözlərinə görə, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüş zamanı da strateji tərəfdaşlıq sənədinin əhəmiyyəti və onun mümkün qədər tez yekunlaşdırılmasının vacibliyi vurğulanıb.

Şirqolami bildirib ki, hazırda sənədin mətni üzərində iş aparılır və layihə araşdırılma mərhələsindədir.

“Ümid edirəm ki, bu mərhələni mümkün qədər tez başa vuracaq və sənədin imzalanması ilə bağlı növbəti addımlara keçəcəyik. İşlər yekunlaşdıqdan sonra Tehran Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərini məmnuniyyətlə qarşılayacaq və strateji tərəfdaşlıq sazişi məhz həmin səfər çərçivəsində imzalanacaq”, – deyə səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, sənəd Ermənistan-İran münasibətlərində yeni mərhələnin əsasını qoyacaq və siyasi, təhlükəsizlik, iqtisadi, investisiya, eləcə də müdafiə sahələrində əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirəcək.

“Bu sənədin imzalanması ilə Ermənistan-İran münasibətlərində yeni bir ab-hava formalaşacaq və tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açılacaq”, – deyə səfir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin! - Gündəm Masada - Media Turk TV