ABŞ Prezidenti Donald Tramp NATO üzvlərini hərbi xərclərini artırmağa məcbur edə bilməyən bütün əvvəlki Amerika liderlərini, o cümlədən Corc Buş, Barak Obama və Co Baydeni tənqid edib.
Modern.az xəbər verir ki, Tramp bu barədə Ankarada NATO Baş katibi Mark Rutte ilə keçirdiyi görüş zamanı danışıb.
"NATO ölkələri ABŞ-ın hesabına rahat şəkildə yaşayırdılar. Baydenin daha çox ağlı olsaydı, onlardan daha çox ödəmə tələb edərdi. Amma bunu etmədi. Obama da etmədi. Bu məsələ illər əvvəl həll olunmalı idi. Bayden etmədi, açığı, Buş da etmədi", – Tramp bildirib.
Bu zaman Rutte Trampın sözünü kəsərək deyib:
"Amma indi məhz sizin sayənizdə bu baş verdi. Siz Eyzenhouerin də etməyə çalışdığı işi həyata keçirdiniz – Avropanın və ABŞ-ın hərbi xərclərini bərabərləşdirdiniz. Heç bir ABŞ prezidenti buna nail olmayıb, siz birinci oldunuz".
Tramp isə dərhal cavab verib: "Mən onu məhz buna görə sevirəm".