Modern.az

İranda liman vuruldu, yaralılar var

İranda liman vuruldu, yaralılar var

Dünya

8 İyul 2026, 19:14

İranın cənubundakı strateji Sirik limanına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, dəniz infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.

Modern.az xəbər verir ki, bu barədə "Al Jazeera" şərqi Hörmüzqan əyalətinin limanlar və dəniz işləri idarəsinin rəhbəri Həmidrza Məhəmmədhüseyni Təxtiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər ağır yaralanıb və Minabdakı xəstəxanaya təxliyə edilib, digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

O qeyd edib ki, liman iki dəfə hücuma məruz qalıb, nəticədə obyektin əsas körpülərindən biri ciddi şəkildə zədələnib. Həmçinin yerli kommersiya gəmiləri və yaxınlıqda yerləşən telekommunikasiya qüllələri də zədələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR