Modern.az

Rusiyada dizel qadağası

Rusiyada dizel qadağası

Dünya

Bu gün, 19:38

Rusiya dizel yanacağının ixracına qadağa qoyub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədr müavini Aleksandr Novak bildirib.

O, hökumətin dizel yanacağının ixracına qadağa qoyduğunu açıqlayıb.

Novakın sözlərinə görə, daxili yanacaq bazarındakı vəziyyət çətin olaraq qalır və motor yanacağına tələbat təxminən üçdə bir artıb.

Baş nazirin müavini Rusiyanın iyul ayında neft məhsullarının idxalına başlayacağını da söyləyib.

O əlavə edib ki, hakimiyyət orqanları, həmçinin Rusiya Dəmir Yolları ilə yanacaq idxalına endirim təklif etmək imkanlarını müzakirə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?