Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Suriya arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərin davam etdirildiyini bildirib. O, Türkiyənin bundan sonra da Suriya xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Dövlət başçısı, həmçinin Suriyanın regionda baş verən münaqişələrə münasibətdə neytral mövqe sərgiləməsinin ölkənin bərpası, sabitliyinin möhkəmləndirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.