Türkiyənin İzmir şəhərində yerləşən hava limanında bıçaqla hücum olub.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, 45 yaşlı kişi onu saxlayan polis əməkdaşlarına müqavimət göstərərək onları bıçaqlayıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb.
Hücum edən şəxs zərərsizləşdirilərək saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, şübhəli şəxs uzun müddət psixiatrik müalicə alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.