Modern.az

Suriya terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılır 

Suriya terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılır 

Dünya

Bu gün, 08:18

ABŞ administrasiyası Suriyanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması proseduruna start verib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu niyyəti barədə Konqresi məlumatlandırıb. Qərar qəbul etməzdən əvvəl ABŞ qanunvericiləri administrasiyanın təqdim etdiyi məlumatlar əsasında 45 günlük yoxlama aparacaqlar. 

Onlar belə bir addım üçün kifayət qədər əsasların olub-olmadığını qiymətləndirəcəklər.

Rubio bildirib ki, Suriyaya qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarət və investisiyalar sahəsində yeni imkanlar yarada bilər.

Xatırladaq ki, bundan əvvəl Tramp Suriyanın Prezidenti Əhməd əl-Şəraa ilə görüşü zamanı ölkənin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıla biləcəyini bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!