Modern.az

Qalibaf: Hörmüz yalnız İranın şərtləri ilə açılacaq

Qalibaf: Hörmüz yalnız İranın şərtləri ilə açılacaq

Dünya

9 İyul 2026, 08:55

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ni regionda gərginliyi daha da artırmamağa çağırıb və bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri əsasında açıq olacaq.

Modern.az xəbər verir ki, Qalibaf X sosial şəbəkəsində yazıb: "Əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız. Boş yerə mübarizə aparmayın, əks halda daha da dərin bataqlığa düşəcəksiniz. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, ABŞ-nin təhdidləri ilə yox".

O bildirib ki, ABŞ hələ də anlamır ki, hədələmə siyasəti və verilən vədlərin pozulması artıq nəticəsiz qalmır.

Bundan əvvəl Press TV telekanalı İranın ABŞ-nin Küveyt və Bəhreyndəki obyektlərinə cavab zərbələri endirdiyini xəbər verib. Telekanalın məlumatına görə, İran raketləri həmçinin İordaniyadakı Əl-Əzraq aviabazasını hədəfə alıb.

Xatırladaq ki, ABŞ son iki gecə ərzində İrana qarşı zərbələri yenidən bərpa edib. Tehran isə bu hücumların cavabsız qalmayacağını bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR