İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin bu gün səhər saatlarında Məşhəd şəhərində keçirilməsi planlaşdırılmışdı.
Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, dəfn mərasimini təşkil edən qərargahdan bildirilib ki, Xameneinin cənazəsi bu gün saat 14:00-a geri çəkilib.
Qərargah bəyan edib ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərilə əlaqədar cənazəni Məşhədə vaxtında çatdırmaq mümkün olmayıb və gecikmə yaranıb.
Bu səbəbdən, qarşılanma və dəfn mərasimi 9 iyul tarixində saat 14:00-da Məşhəddəki İmam Rza küçəsindən başlayaraq İmam Rza ziyarətgahına doğru keçiriləcək.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin İrana hücumu nəticəsində həlak olub.