Modern.az

Türkiyənin hərbi obyekti NATO ölkələrini mat qoydu - FOTO

Türkiyənin hərbi obyekti NATO ölkələrini mat qoydu - FOTO

Dünya

Bu gün, 13:05

Ankara NATO-ya üzv ölkələrin müdafiə nazirlərinə tikintisi davam edən "Ay-Ulduz" (Ay Yıldız) birgə hərbi qərargahını təqdim edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, alyansın sammiti çərçivəsində baş tutan təqdimat hərbi ekspertlər və diplomatlar tərəfindən böyük maraqla qarşılanıb.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bildirib ki, yeni kompleks ölkənin hərbi idarəetmə sistemində inqilabi dəyişiklik edəcək. Onun sözlərinə görə, qərargah Baş Qərargahı və bütün növ qoşun komandanlıqlarını bir dam altında birləşdirəcək:

"Bu mərkəz qərarların qəbulunu sürətləndirəcək, idarəetmə effektivliyini artıracaq və birgə əməliyyat imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcək".

Nazir qeyd edib ki, kompleks "Polad günbəz" (Çelik Kubbe) konsepsiyası çərçivəsində çoxpilləli hava və yerüstü müdafiə sistemi ilə qorunacaq. "Ay-Ulduz" həmçinin ən müasir rabitə, idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz ediləcək ki, bu da böhran və ya müharibə şəraitində belə fasiləsiz işi təmin edəcək.

"Ay-Ulduz" təkcə dünyanın ən böyük hərbi komandanlıq mərkəzlərindən biri olmayacaq, həm də Türkiyənin müdafiə potensialının və NATO-nun kollektiv təhlükəsizliyinə verdiyi töhfənin simvoluna çevriləcək", - deyə Yaşar Gülər vurğulayıb.

Qərargahın yaxın vaxtlarda tam istifadəyə verilməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır