Modern.az

Vaşinqtona təcili xəbərdarlıq: Hədəfdə Trampdır

Vaşinqtona təcili xəbərdarlıq: Hədəfdə Trampdır

Dünya

10 İyul 2026, 09:49

İsrail İranın ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatlarını Vaşinqtona ötürüb.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin iddiasına görə, Tehranın ABŞ prezidentinə qarşı yeni əməliyyat variantlarını nəzərdən keçirdiyi ehtimal olunur. Bildirilir ki, İsrail tərəfi əldə etdiyi kəşfiyyat məlumatlarını artıq ABŞ rəsmiləri ilə bölüşüb.

Məlumatın detalları açıqlanmasa da, məsələ Vaşinqton və Təl-Əviv arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

İran rəsmilərinin iddialarla bağlı mövqeyi hələlik açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!