Modern.az

ABŞ bombaladı - İran generalı öldü

ABŞ bombaladı - İran generalı öldü

Dünya

Bu gün, 10:58

İranın Şiraz şəhərinə edilən raket hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" qüvvələrinin komandiri, briqada generalı İbrahim Mürtəzəvi Nəsab həlak olub.

Modern.az xəbər verir ki, bu barədə İranın bəzi KİV-ləri məlumat yayıb.

Bildirilir ki, hərbi obyektə iki dalğa şəklində raket zərbələri endirilib. İlk hücum ötən gün yerli vaxtla saat 18:55-də dörd raketlə həyata keçirilib. Təxminən 10 dəqiqə sonra isə daha üç raketlə ikinci hücum baş verib. General aldığı ağır xəsarətlərdən həyatını itirib.

Bundan başqa, "Mehr" agentliyinin məlumatına görə, ötən gecə İranın Konarak, Buşehr və Çoğadak şəhərlərində də bir neçə partlayış baş verib.

Xatırladaq ki, son 2–3 gündə ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən başladıb. Tehran isə buna cavab olaraq bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.

ABŞ Prezidenti Donald Tramp İranla gələcək danışıqların mənasız olduğunu və atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edib. Vaşinqtonun iddiasına görə, İran Hörmüz boğazından keçən tankerlərə hücum edib və bu, yeni hərbi əməliyyatların başlanmasına səbəb olub. Tehran isə əksinə, ABŞ-ni razılaşmanı pozmaqda və yeni gərginlik yaratmaqda ittiham edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!