Modern.az

Ebola təhlükəsi artır

Ebola təhlükəsi artır

Dünya

Bu gün, 19:31

Konqo Demokratik Respublikası (KDR) rəhbərliyi Ebola virusunun yayılması ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejiminin əhatə dairəsini böyüdüb.

Modern.az xəbər verir ki, bu barədə "RuNews24" nəşri xəbər yayıb.

Rəsmi olaraq Ebola virusundan əziyyət çəkən bölgələrin siyahısına Çopo və Yuxarı Uele əyalətləri də əlavə olunub. Ölkənin səhiyyə naziri Roje Kamba yeni əyalətlərin hər birində iki yoluxma faktının təsdiqləndiyini açıqlayıb.

Epidemiyanın daha kəskin mərhələsi İturi və Şimali Kivu əyalətlərində müşahidə edilir. Virusun ən çox yayıldığı həmin bölgələr sanitariya xidmətləri tərəfindən xüsusi nəzarətə götürülüb.

Ümumi statistik göstəricilər olduqca narahatedicidir: xəstəlik yayıldığı vaxtdan indiyədək 1 800-ə yaxın yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 625 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) regional riskin yüksək olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi