"Mənə qarşı sui-qəsd həyata keçirilsə İrana misli görünməmiş zərbə endirilməsi barədə göstəriş vermişəm".
Modern.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə müsahibəsində bildirib.
"Onlar məni çoxdan hədəfə alıblar. Qarşı-qarşıya olduğumuz vəziyyət budur. Əgər mənim başıma bir iş gəlsə, İrana indiyədək görünməmiş zərbə endiriləcək", – deyə ABŞ Prezidenti vurğulayıb.
O, həmçinin İsrailin ABŞ-yə İranın ona qarşı yeni sui-qəsd planı hazırladığına dair kəşfiyyat məlumatı təqdim etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.
"Xeyr. İsrail belə bir şey aşkarlamayıb. Mən onsuz da çoxdan İranın hədəf siyahısında birinci yerdəyəm. Həyat belədir. Ümid edirəm ki, mən olmasam məni xatırlayacaqsınız", – deyə Tramp əlavə edib.