Modern.az

Venesuelada zəlzələ qurbanlarının sayı 4700-ü ötüb

Venesuelada zəlzələ qurbanlarının sayı 4700-ü ötüb

Dünya

15 İyul 2026, 09:14

Venesuelada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4734 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə ölkə Milli Assambleyasının sədri Xorxe Rodrigez məlumat verib.

Bildirilib ki, təbii fəlakət nəticəsində 16 min 740 nəfər yaralanıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?