Modern.az

Tramp İrana qarşı genişmiqyaslı hücumla bağlı müşavirə keçirdi

Tramp İrana qarşı genişmiqyaslı hücumla bağlı müşavirə keçirdi

Dünya

Bu gün, 14:35

Amerikanın “Axios” xəbər platforması üç mənbəyə istinadla xəbər verib ki, ABÇ Prezidenti Donald Tramp Ağ Evdəki “Situasiya otağı”nda ABŞ rəsmiləri ilə müşavirə keçirib.

Modern.az xəbər verir ki, “Axios”un materialında qeyd edilib: “Müşavirədə Hörmüz boğazı ətrafındakı mövcud hücumlardan İrana qarşı daha genişmiqyaslı zərbələrin müzakirə olunduğu iddia edilir. Hörmüz boğazındakı İran hədəflərinə hücumlarla yanaşı, İrandakı strateji hədəflərə daha dağıdıcı hücumlar üçün yeni planların müzakirə olunduğu bildirilir”.

Qeyd olunub ki, müşavirədə ABŞ vitse-prezidenti Cey. Di. Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff, həmçinin Trampın milli təhlükəsizlik komandasının üzvlərinin iştirak etdikləri bildirilir.

Tramp iyulun 14-də “Fox News” telekanalına müsahibəsində bildirib ki, əgər İran danışıqlar masasına gəlməsə, bütün elektrik stansiyaları və körpüləri məhv ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!