2023-cü ilin oktyabrından bəri Qəzza zolağına həyata keçirilən hücumlar nəticəsində həlak olanların sayı 73 min 250 nəfərə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, son 24 saat ərzində 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
Məlumata əsasən, 2023-cü ilin oktyabrından indiyədək yaralananların ümumi sayı 173 min 751 nəfərə çatıb.