Modern.az

Xameneinin mediada yayılan görüntüləri ilə bağlı açıqlama: "Köhnədir"

Xameneinin mediada yayılan görüntüləri ilə bağlı açıqlama: "Köhnədir"

Dünya

9 Avqust 2026, 16:05

İranın Ali Lideri Müctəba Xameneinin mediada yayılan görüntüləri ilə bağlı açıqlama verilib.

Modern.az xəbər verir ki, məsələ ilə bağlı TASS-a danışan İranlı rəsmi mənbə görüntülərin uzun müddət əvvəl çəkildiyini iddia edib. 

O qeyd edib ki, Xameneinin səhhətində hər hansı bir narahatlıq yoxdur. Lakin o, təhlükəsizlik səbəbindən media qarşısına çıxmır. Mənbə həmçinin yayılan görüntülərin onun Ali Lider vəzifəsinə təyin olunmasından əvvəl çəkildiyini iddia edib.

Qeyd edək ki, daha əvvəl İranın “Mehr” xəbər agentliyi Müctəba Xameneinin yeni görüntülərini yayımlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az