Modern.az

Ermənistanda yol qəzaları artıb: 114 ölüm

Ermənistanda yol qəzaları artıb: 114 ölüm

Dünya

Bu gün, 13:49

Ermənistanda ilin ilk 6 ayında 2 151 yol-nəqliyyat hadisəsi qeydə alınıb, qəzalar nəticəsində 114 nəfər ölüb, 3 127 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlarda bildirilib.

Məlumata görə, ölənlər arasında 23 qadın və 7 uşaq da var. Yaralananların 409-nu isə uşaqlar təşkil edib.

Ən çox yol-nəqliyyat hadisəsi İrəvanda qeydə alınıb. Paytaxtda 847 qəza baş verib.

Ən az qəza isə Vayots Dzor vilayətində qeydə alınıb. Burada 35 yol-nəqliyyat hadisəsi baş verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama