Modern.az

Paşinyanın həyat yoldaşından sərt mesaj: “Artıq dözməyəcəyik!”

Paşinyanın həyat yoldaşından sərt mesaj: “Artıq dözməyəcəyik!”

Dünya

15 Avqust 2026, 17:44

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan zorakılığa qarşı mübarizəyə həsr olunan növbəti videoçarxı yayımlayıb.

Modern.az xəbər verir ki, Anna Akopyan paylaşdığı videoda zorakılığın cəhalətdən qaynaqlandığını və zəifliyin göstəricisi olduğunu bildirib.

Videoda “Bu, yalnız başlanğıcdır. Tezliklə bu mövzuda daha çox” yazısı yer alıb.

Akopyan videomüraciətində zorakılığın qüsur olduğunu, onun güc deyil, zəiflik nümayiş etdirdiyini söyləyib.

“Zorakılıq və sevgi eyni dam altında, bir-birinin yanında yaşaya bilməz. Ailələrimiz zorakılıq mədəniyyətinin yuvasına çevrilə bilməz”, - deyə o bildirib.

Akopyan qadınlara müraciət edərək “Əziz qadınlar, biz artıq dözməyəcəyik” ifadəsini işlədib.

 

 

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri