"İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar müsbət istiqamətdə davam edir".
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər artıq boğazda dəniz naviqasiyası üçün istifadə olunacaq marşrutun xəritəsi üzrə razılığa gəliblər. Bəqai əlavə edib ki, bu irəliləyiş iki ölkənin müxtəlif qurumlarının, o cümlədən xarici işlər, müdafiə və təhlükəsizlik strukturlarının əməkdaşlığı nəticəsində əldə olunub, lakin bu, boğazın tam və normal rejimdə açılması barədə yekun razılaşma demək deyil.
O qeyd edib ki, söhbət gəmilərin Hörmüz boğazından keçməsi üçün konkret coğrafi marşrutun razılaşdırılmasından gedir.