Xəbər verdiyimiz kimi İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, zəlzələ nəticısində həlak olanların sayı 47 nəfərə çatıb.
Zəlzələnin episentri təxminən 188 min nəfərin yaşadığı Labuan-Baco şəhərindən 161 kilometr şimal-şərqdə yerləşib.
Təbii fəlakət nəticəsində 157 evə, 18 xəstəxanaya, 5 məktəbə və 6 dövlət binasına ziyan dəyib.
Təhlükəli ərazidən təxminən 2 min nəfər təxliyə olunub.