Modern.az

Bərə qəzasında ölənlərin sayı 80-ə çatıb

Bərə qəzasında ölənlərin sayı 80-ə çatıb

Dünya

Bu gün, 18:51

Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Avqustun 11-də Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı daha səkkiz cəsədin tapılmasından sonra 80-ə yüksəlib", - paylaşımda bildirilib.

Daha əvvəl 72 nəfərin cəsədinin tapıldığı bildirilmişdi. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Bu əməliyyatlarda təkcə peşəkar xilasedicilər deyil, həm də yerli dənizçilər iştirak edirlər.

Qeyd edək ki, avqustun 11-də Zimbabvedəki Kariba gölündə 90 sərnişin daşınmasına icazə verilən, bunun əvəzinə göyərtəsində 160-a yaxın sərnişinin olduğu bərə aşıb. Hakimiyyət orqanlarının məlumatına görə, gəminin aşmasına həddindən artıq yüklənmə və güclü külək səbəb olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama