Modern.az

HƏMAS İsraili Qəzza planının ikinci mərhələsini qəbul etməyə çağırıb

HƏMAS İsraili Qəzza planının ikinci mərhələsini qəbul etməyə çağırıb

Dünya

17 Avqust 2026, 02:24

Vasitəçilər və Sülh Şurası İsrailə təzyiq göstərməli, onu Qəzza zolağında atəşkəs sazişinə əməl etməyə və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməyə məcbur etməlidir.

Modern.az xəbər verir ki, bu barədə Misirin Əl-Alameyn şəhərində keçirilən danışıqların yekunlarına dair yayımlanan açıqlamada HƏMAS hərəkatı bildirib.

“Biz vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza ilə bağlı saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə məcbur etməyə çağırırıq”, – deyə qeyd olunub.

HƏMAS bir daha “onlara təklif olunan yol xəritəsi ilə razı olduqlarını” təsdiqləyiblər. Lakin həmin yol xəritəsinin nələri əhatə etdiyini açıqlamayıblar.

Öz növbəsində, Al Arabiya telekanalının mənbələri bildiriblər ki, HƏMAS ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə danışıqlar zamanı hərəkat tərəfdarlarının silahlarının Qəzzada qalmasına nail olmağa çalışıb. Lakin telekanalın məlumatına görə, Vaşinqton silahların anklavdan kənara çıxarılmasında israr edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin şok planı üzə çıxdı - 32 ölkə qorxuya düşdü