Pskov Şəhər Məhkəməsi “Yabloko” partiyasının sədr müavini Lev Şlosberqi (Rusiyada xarici agent kimi tanınıb və “Rosfinmonitorinq”in terrorçular və ekstremistlər siyahısına daxil edilib) 11 il bir ay müddətinə azadlıqdan məhrum edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Siyasətçi Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib: Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaq.
Prokuror bundan əvvəl ona əlavə bir il həbs cəzası istəmişdi.
Şlosberq həbs olunub və Pskovdakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır.
Məhkəmə həmçinin ona 420 saat ictimai iş cəzası verib.