Modern.az

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

Dünya

20 Avqust 2026, 02:27

İsveçrə hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketində nəzərdə tutulan əlavə məhdudiyyətlərin bir hissəsini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Yeni məhdudiyyətlər avqustun 20-dən qüvvəyə minəcək. Enerji sektorunda Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz terminallarına, qazdaşıyan gəmilərə və buzqıranlara xidmət göstərilməsi, həmçinin tankerlərin Rusiyaya satışı qadağan ediləcək.

Üçüncü ölkələrə satılan tankerlərin müqavilələrində onların Rusiyaya yenidən satılmasını qadağan edən müddəanın olması da tələb ediləcək. Məhdudiyyətlərin bir hissəsi, o cümlədən LNG terminallarına xidmət qadağası, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Müharibəyə hazırlıq