Modern.az

Kiyevə hücumda ölənlərin sayı 6-ya çatdı

Kiyevə hücumda ölənlərin sayı 6-ya çatdı

Dünya

20 Avqust 2026, 08:57

Kiyevdə Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 33 nəfər xəsarət alıb.

Xilasedicilər dağıntılar altından daha iki nəfəri çıxarıblar. Hazırda Kiyevin Svyatoşinski, Solomenski və Darnitski rayonlarında gecə hücumunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xilasetmə və dağıntıların təmizlənməsi əməliyyatlarının davam etdiyi qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Müharibəyə hazırlıq