Modern.az

Rusiya vətəndaşları Gürcüstana qaçır - VİDEO

Rusiya vətəndaşları Gürcüstana qaçır - VİDEO

Dünya

20 Avqust 2026, 09:39

Rusiyada yeni səfərbərlik elan ediləcəyi ilə bağlı narahatlıqlar fonunda ölkədən çıxışların yenidən sürətləndiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, müharibəyə getmək istəməyən Rusiya vətəndaşları banklardakı vəsaitlərini çıxararaq ölkəni tərk etməyə başlayıblar. Onların əsas istiqamətlərindən biri Gürcüstan sərhədidir.

Bildirilib ki, son 24 saat ərzində 20 minə yaxın Rusiya vətəndaşı Gürcüstana keçib.

Rusiyalıların ən çox üstünlük verdiyi ölkələrdən biri olan Türkiyənin də mümkün yeni miqrasiya dalğasının əsas istiqamətlərindən birinə çevrilə biləcəyi qeyd olunur.

Məlumatlar Rusiyada mümkün yeni səfərbərliklə bağlı narahatlığın yenidən artdığını göstərir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!