Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin avqust ayında İstanbulda görüşəcəyi planlaşdırılır.
Modern.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Bildirilir ki, görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını, həmçinin diplomatik tənzimləmə mexanizmlərinin gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Görüşün bu ay İstanbulda keçirilməsi planlaşdırılır.
Qarşıdakı toplantı dörd ölkə arasında diplomatik koordinasiyanın davamı olacaq.
Qeyd edək ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri daha əvvəl Qahirədə bir araya gəliblər.