Modern.az

Ayı turist qızı çadırdan çıxarıb parçaladı - FOTO

Ayı turist qızı çadırdan çıxarıb parçaladı - FOTO

Dünya

Bu gün, 12:26

Rusiyanın Altay Respublikasında turistlərin düşərgəsinə ayı hücum edib. Yırtıcı 29 yaşlı qadını çadırdan çıxararaq meşəyə aparıb və öldürüb.

Modern.az xəbər verir ki, hadisə avqustun 19-da gecə saatlarında Artybaş kəndindəki “İstok” turizm bazasında baş verib.

Məlumata görə, turistlər Biya çayının sahilində çadır quraraq gecələyiblər. Gecə saat 1 radələrində ayı qəfil çadıra hücum edib və onu dağıdaraq 29 yaşlı Snejanna K.-nı çöldə çıxarıb.

Yırtıcı qadını meşəyə aparıb. Burada ona hücum edərək ölümcül xəsarətlər yetirib. Hadisə yerində olan digər turistlər və yerli sakinlər ayını uzaqlaşdırmağa çalışsalar da, heyvan onlara da hücum edib.

Xilasedicilər, ovçu və polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Ayını uzaqlaşdırmaq üçün havaya atəş açılıb, lakin bu da yırtıcını dayandırmayıb.

Faciənin daha bir ağır detalı isə qadının hadisədən qısa müddət əvvəl sevgilisindən evlilik təklifi almasıdır. Cütlük Altayda istirahət edirdi.

Son günlər Altayın Turoçak rayonunda ayıların yaşayış məntəqələrinə və turistlərin olduğu ərazilərə çıxması ilə bağlı çoxsaylı hallar qeydə alınıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Elçibəy davası pik həddə çatdı - Nemət Pənahlıdan şok açıqlamalar