ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoyulması üçün Vaşinqtona hər şeyi təklif etməyə hazır olduğunu bildirib.
Modern.az xəbər verir ki, onun sözlərinə görə, münaqişənin nizamlanması üzərində Stiv Uitkoff işləyir.
“Əslində, bu razılaşma tam olaraq istədiyim kimi deyil. Amma onlar bunun dayanması üçün bizə hər şeyi təklif etməyə hazırdırlar. Onların heç vaxt nüvə silahı olmayacaq”, – deyə Tramp vurğulayıb.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi İran və Omanın Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlər barədə razılığa gəldiyini açıqlayıb.