Modern.az

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

Dünya

Bu gün, 17:27

İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub.

Modern.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. 

Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda hərbçilərin sərhədi qanunsuz keçmək cəhdinin qarşısını almağa çalışdığı zaman baş verib. Piyada qoşunlarında xidmət edən sıravi əsgər Yusuf Sait Yünlü yaralanıb və o, helikopterlə Hakkari Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib