Modern.az

Putin Ankaradakı terror aktını pislədi

Putin Ankaradakı terror aktını pislədi

Dünya

14 Mart 2016, 00:36

 

Rusiya prezidenti Vladimir Putin Ankaradakı terror aktını qətiyyətlə pisləyib və çoxlu sayda insan ölümünə görə Türkiyə xalqına başsağlığı verib. Modern.az saytı RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya prezidenti Ankaradakı qeyri-insani terakt nəticəsində həlak olanların ailələrinə, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə şəfa tapmalarını arzulayır”, - deyə mətbuat katibi vurğulayıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!