Modern.az

Sabirabadda 2 nəfər qarayaraya tutulub

Sabirabadda 2 nəfər qarayaraya tutulub

Hadisə

9 Sentyabr 2019, 15:24

Sabirabadda iki nəfər qarayara xəstəliyinə tutulub. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb”.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV