Modern.az

Partlayışda ölən qadın klubun əməkdaşıdır - RƏSMİ

Partlayışda ölən qadın klubun əməkdaşıdır - RƏSMİ

Hadisə

3 Aprel 2022, 09:43

Bakıda gecə klubunda baş vermiş partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, vəfat edən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.

 

Rəsmi məlumata görə, hadisə nəticəsində 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!