Modern.az

Ana və 3 övladı dəm qazından zəhərləndi

Ana və 3 övladı dəm qazından zəhərləndi

Hadisə

7 Fevral 2023, 11:02

Biləsuvar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü G.Məmmədova və onun övladları, 2007-ci il təvəllüdlü M.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədova və 2012-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərləniblər.

 

Onlar rayon xəstəxanasına aparılıblar. Məlumata görə, ailə üzvləri İran istehsalı olan sobadan sızan dəm qazından zəhərləniblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə