Modern.az

Ata və iki övladı dəm qazından zəhərləndi

Ata və iki övladı dəm qazından zəhərləndi

Hadisə

8 Mart 2023, 09:22

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir