Modern.az

Şagird sinif yoldaşının atası tərəfindən döyüldü - Rəsmi AÇIQLAMA

Şagird sinif yoldaşının atası tərəfindən döyüldü - Rəsmi AÇIQLAMA

Hadisə

23 Sentyabr 2024, 12:36

Beyləqanda məktəblinin döyülməsi ilə bağlı araşdırma aparılır.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Məlumatda bildirilir ki, Beyləqan Rrayon Polis Şöbəsində müvafiq ekspertiza təyin olunmaqla təhqiqat araşdırması aparılır.

 

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

 

***

10:58

Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib.

 

Modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib.

 

Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

 

Qurumdan bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX A sinif şagirdi Həsənov Musa Zahid oglu sinif yoldaşı İbişzadə Yusif Ruslan oğlunun atası tərəfindən döyülüb:

 

“Şagird Musa Həsənovun anası məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 "qaynar xətt"inə zəng edərək polisə şikayət edib. Hazırda Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır”.

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır