Modern.az

Mingəçevirdə qadın bıçaqlandı

Mingəçevirdə qadın bıçaqlandı

Hadisə

28 Aprel 2025, 09:16

Mingəçevirdə gənc qadın bıçaq xəsarəti alıb.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Gəncə şosesinə yaxın ərazidə baş verib. 1996-cı il təvəllüdlü Hüseynova Çinarə Hilal qızı qarın nayihəsindən bıçaq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan qadına göstərilən tibbi müdaxilə nəticəsində onun durumu stabilləşib. Qadının sözlərinə görə, yıxıldığı zaman bıçaq əlindən düşərək bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!