Modern.az

Ukraynada Ali Radanın sabiq sədri ÖLDÜRÜLDÜ

Ukraynada Ali Radanın sabiq sədri ÖLDÜRÜLDÜ

Hadisə

30 Avqust 2025, 13:52

Ukraynanın tanınmış ictimai və siyasi xadimi öldürülüb.

Modern.az xəbər verir ki, Ali Radanın keçmiş sədri, 1971-ci il təvəllüdlü Andrey Parubiy Lvovda odlu silahla qətlə yetirilib. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş yerindəcə keçinib.

Faktı “Unian”a Lvov Regional Hərbi (Dövlət) Administrasiyasının sədri Maksym Kozitski də təsdiqləyib. 

Polis bəyan edib ki, bütün aidiyyatı xidmətlər hadisənin araşdırılmasına cəlb olunub. 

Hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini və onun yerini müəyyənləşdirmək üzərində işləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?