Modern.az

Gəncədə faciə: ev uçdu, 40 yaşlı usta ÖLDÜ

Gəncədə faciə: ev uçdu, 40 yaşlı usta ÖLDÜ

Hadisə

7 Sentyabr 2025, 16:25

Gəncədə bədbəxt hadisə baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, sözügedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb.

 

Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?