Modern.az

Tovuzda ağır qəza - 4 nəfər xəsarət aldı

Tovuzda ağır qəza - 4 nəfər xəsarət aldı

Hadisə

10 Oktyabr 2025, 09:10

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!