Modern.az

Türkiyədə avtobus qəzası - 16 nəfər yaralandı

Türkiyədə avtobus qəzası - 16 nəfər yaralandı

Hadisə

29 May 2026, 14:09

Türkiyədə Aksaray-Nevşehir avtomobil yolunun 45-ci kilometrliyində səhər saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb yolun sürüşkən olmasıdır. İnformasiyaya əsasən, yağış nəticəsində yol sürüşkən olub və sürücü idarəetməni itirərək avtomobili ayrıcı zolağa çırpıb.

Hadisə zamanı avtobusda 45 sərnişin, 2 sürücü, 1 köməkçisi olub.

Bölgəyə çoxsaylı polis, jandarma, təcili yardım və yanğınsöndürmə heyəti göndərilib. Yaralılar Aksaray və Nevşehirdəki xəstəxanalara aparılıb. Başqa sərnişinlər digər avtobusla yola davam ediblər.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...