Modern.az

Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu

Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu

Hadisə

7 İyun 2026, 09:59

Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

Modern.az xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr