Modern.az

26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var

26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var

Hadisə

12 İyun 2026, 09:44

Şəmkirdə qətl hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

1999-cu il təvəllüdlü S.Tağıyev ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Tağıyev aralarında yaranan mübahisə zamanı 1998-ci il təvəllüdlü həmyerlisi F.Həsənov tərəfindən bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində F.Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi