Modern.az

İsmayıllıda dəhşətli qəza: ölənlər var

İsmayıllıda dəhşətli qəza: ölənlər var

Hadisə

Bu gün, 16:45

Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 20.08.2026-cı il tarixində saat 12:15 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü şəxsin (qadın) saat 12:47-də ölüm faktı qeydə alınıb. Digər şəxslərin müalicəsi davam etdirilir. Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!