Modern.az

Göyçayda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

Göyçayda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

Hadisə

23 Avqust 2026, 10:28

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az report-a istinadən xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, xəsarət alan dörd nəfərdən ikisi dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...